Birinci divizionda bu gün 20-ci tura start verilib.
Korner.az-ın məlumatına görə, lider “Neftçala” doğma meydanda “Göyəzən”i qəbul edib. Qarşılaşma “Neftçala”nın 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Turun digər matçında “Ağsu” “Şahdağ”ı məğlub edib – 2:1.
22 mart
Birinci divizion, 20-ci tur
“Şuşa Qarabağ” – “Şəmkir” – 2:2
Qollar: Kristofer Nkansah, 14 (1:0), Xəyal Quliyev, 26 (2:0), Azər Məmmədov, 49 (2:1), Anar Rzayev, 73 (2:2)
“Ağsu” – “Şahdağ” – 2:1
Qollar: Fərrux Rəhimov, 11-pen (1:0), Mahəddin Ağamov, 14 (1:1), Malik Babayev, 32 (2:1)
“Neftçala” – “Göyəzən” – 2:0
Qollar: David Janelidze, 57 (1:0), Məhəmməd Alıyev, 73-pen (2:0)
“Mil-Muğan” – “Kəpəz” – 3:0
Qollar: Anar Hacıyev, 12 (1:0) Əliqulu Manafov, 32 (2:0), Ruhid Usubov, 49 (3:0)
