Futbol üzrə Azərbaycan birinci divizionunda XI tura start verilib.
Korner.az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, ilk oyun günündə baş tutan 4 qarşılaşmada aşağıdakı nəticələr qeydə alınıb.
Birinci divizion, 11-ci tur
MOİK – “Qaradağ Lökbatan” – 0:3
Qollar: Sərxan Ağayev, 33 (0:1), Rüfət Məmmədov, 34 (0:2), İlham Allahverdiyev, 69 (0:3)
“Göyəzən” – “Şahdağ” – 1:3
Qollar: Osman Osmanov, 19 (0:1), Elnur Kosayev, 20 (1:1), İsabala İsrafilov, 42 (1:2), Emin Əmiraslanov, 83 (1:3)
“Ağsu” – “Mil-Muğan” – 4:0
Qollar: Tural Rzayev, 29 (1:0), Əbülfət Abbasov, 64 (2:0), Anar Hacıyev, 68-avtoqol (3:0), Vüqar Həsənzadə, 90 (4:0)
“Şuşa” – “Turan Tovuz” – 1:0
Qol: Morteza Heydari, 38 (1:0)
