big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

“Bir oyunda olmayan 2 penalti verdim və mənə “Elxan Məmmədov” ləqəbi verdilər”

11.06.2015 , 06:50

Çempionatın başa çatmmasından sonra “Simurq” klubunda hələ də qeyri-müəyyənlik hökm sürür.  Qəfil baş qaldırmış maliyyə böhranı üzündən klubu bir çox aparıcısı futbolçusu və ən əsası da məşqçilər heyəti tərk etdi.  Burda qeyd edək ki, məlum zaqatalalılar  səbəblər üzündən  çempionnatın son turunda “Xəzər Lənkəran”a qarşı əvəzedici heyətin oyunçuları və baş məşqçisi çıxardı. 

Digər klublarımızın mövsümün qurtarmasından sonra təlim-məşq toplanışı planları cızdığını nəzərə alsaq, “Simurq”dakı bu qeyri-müəyyənlik xoş heç nə vəd etmir.  Son 10 ildə 14-15 klubun maliyyə problemləri üzündən iflasa uğradığını, özü də bu komandaların əksəriyyətinin bölgələri təmsil etdiyini düşünəndə gözlərimizin önündə acınacaqlı mənzərə yaranır. Əlbəttə, daim iddialılara  “başağrısı olmuş” “Simurq”un  sözügedən klubların “xələf”i olmasını heç kim istəməz. Bu baxımdan bir çox “Simurq” azarkeşinin, hətta bu idman növü ilə maraqlanmayan Zaqatala sakininin belə xüsusi canfəşanlıq gösstərməsini alqışlamaq lazımdır. 

Bir neçə gün öncə azarkeşlər kluba dəstək məqsədilə futbol oynayıblar. 8:8 hesabı ilə bitən matç haqqında daha ətraflı məlumat əldə etmək üçün, sözügedən matçda hakim funksiyasını yerinə yetirmiş, qocaman azarkeş İnqilab Sultanovla əlaqə saxladıq: “Biz Zaqatala azarkeşləri olaraq bir neçə gün öncə belə aksiya keçirmişik. Burda əsas məqsəd o idi ki, Zaqatalada futbol yaşasın. Mən də hakim oldum bu oyunda və çalışdım ki, öz idarəçiliyimlə Məmmədovları layiqincə edim. (Xaqani və Orxan Məmmədovu nəzərdə tutur-red.) Əslində bir zaqatalı olaraq hamımız istəyirik ki, bu bölgədə futbol yaşasın.  Ancaq futbolumuzu sevməyən və bu oyunun ətrafında yalnız pulu düşünən bəzi oliqarxlar Zaqatala futbolunu məhv etdilər. Cənab Prezident Zaqatala stadionunun açılışında topa ilk zərbəni vuraraq, bu arenanı Zaqatala əhalisinə bəxş etdi. Ancaq bu gün Zaqatalada futbol yoxdur. Biz 120 minlik Zaqatala əhalisi olaraq, cənab Prezident İlham Əliyevə müraciət edirik ki, burda futbolun yaşaması üçün köməklik göstərsin. Çünki biz bilirik ki, İlham Əliyevin göstərişi olsa, bu baş tutacaq.  Buna görə də azarkeşlər olaraq, Zaqatala stadionunda üz-üzə gəldik ki, diqqətləri bu problemə yönəldə bilək. Mən heç kimdən qorxmuram, əlimizdən gələni edəcəyik ki, “Simurq” dağılmasın. Oyunun hakimi mən olmuşam, bu fotomla da Orxan və Xaqani Məmmədova salam göndərirəm. Bütün Zaqatala 3 Məmmədova da nifrət edir. Onlar bir də Zaqatalaya ayaq basa bilməyəcək”. 

Son yazılar

To Top