Milli komandamız Dünya Çempionatı 2014-ün seçmə mərhələsi çərçivəsində ilk oyununu İsrail yığmasına qarşı sentyabrın 7-də, saat 21:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcək. Korner.az– ın AFFa-nın rəsmi saytına istinadən məlumatına görə, biletləri stadionun kassalarından, Park Bulvar və Metro Park satış nöqtələrindən əldə edə bilərlər..Qiymətlər 2-50 manat aralığındadır. Sektorlara uyğun olaraq qiymətlər barədə sxemdə ətraflı məlumat verilib.
