“Tottenhem”dən yeni ayrılan Andrea Vilyaş Boaş keçmiş futbolçusu haqqında maraqlı açıqlama verib.
Korner.az-ın məlumatına görə, portuqaliyalı mütəxəsis uesli futbolçusunun ən yaxşı dövrünün onun rəhbərliyi altında keçirdiyini bildirib:
“Fikrimcə, Beyl Ronaldonun iştirak etmədiyi oyunlarda daha güclü oyun göstərir. Bu vaxt O, özündə məsuliyyət hiss edir və uğurlu çıxış edir. “Tottenhem”də mən Beylə sərbəstlik vermişdim və O, uğurlu çıxış edirdi.“
Vilyaş Boaş 2013-cü ildə Beylin “Balon D’or” mükafatını əldə etmək şanslarını da dəyərləndirib:
“Qaret Beyl hazırda dünyanın ən güclülərindən biridir. Əsas olan, keçən ilki performasını bu il təkrarlamasıdır. Məncə, O, 2013-cü ilin ən güclü futbolçusu Ronaldo ilə birgə bunu bacaracaq.“
