“Beşiktaş”dan ilk transfer
23.06.2020 , 21:58

“Beşiktaş” ilk transferini həyata keçirib.
Korner.az xəbər verir ki, İstanbul təmsilçisi “Alanyaspor”la müqaviləsi mövsümün sonunda başa çatacaq Fabris Nsakalanı heyətinə qatacaq.
29 yaşlı futbolçu “ağ-qaralar”la 3 illik razılığa gəlib.
Qeyd edək ki, Konqo millisinin üzvü 2017-ci ildən “Alanyaspor”da çıxış edir.
