“Beşiktaş”da ayrılıq
19.11.2022 , 12:36

“Beşiktaş” futbolçusu Tayler Boydla yollarını ayırıb.
Korner.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyası məlumat yayıb.
ABŞ millisinin üzvünün müqaviləsinin ləğv olunduğu göstərilib.
“Beşiktaş” Tayler Boydu 2019-ci ilin yayında “Vitoriya Gimaraynş”dan transfer etmişdi.
