“Beşiktaş” onu birdəfəlik aldı
17.04.2023 , 18:16
“Beşiktaş” icarə əsasında komandada çıxış edən Artur Masuakunu birdəfəlik alıb.
Korner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
İstanbul təmsilçisi müqavilə ilə “Vest Hem”ə məxsus olan futbolçunu 2 milyon təzminat ödəməklə transfer hüquqlarını alıb. Onunla 2+1 illik müqavilə imzalanıb.