“Barselona”nın ulduz futbolçusu Messi Beşiktaşa gələ bilər.
Korner.az-ın məlumatına görə, avqust ayının sonunda “Vodafone Arena”daki ilk matçına çıxmağa hazırlaşan “Beşiktaş”ın rəhbərliyi tarixə keçəcək matç üçün dünya ulduzları ilə danışığa girib.
“Beşiktaş” rəhbərliyinin yeni stadionun açılışında İstanbula gətirmək üçün “Barselona”, “Bayern Münxen”, “M.Yunayted” və “Real Madrid” kimi nəhənglərlə müzakirələr apardığı bildirilir. Xüsusilə “Barselona”nın Türkiyə Hava Yolları vasitəsilə ediləcək təklifə müsbət baxa biləcəyi, klubun xərclərinin bir qisminin də THY tərəfindən qarşılanmasının gündəmdə olduğu qeyd edilir.
“Beşiktaş”ın “Vodafone Arena”nın açılışını daha rəngli hala gətirmək üçün matçdan əvvəl də dünya ulduzlarından birini səhnəyə çıxarmaq planlaşdırılır. Bu adın daha əvvəl Türkiyədə konsert verməyi planlaşdırılan, lakin sonradan konserti təxirə salınan 26 yaşındakı Rihanna olacağı ehtimal olunur.
