Azərbaycan Futbol Federasiyaları Assosiasiyası tərəfindən inşa olunmuş Bayıl Arena-nın süni örtüyünə ən yüksək sertifikat olan 2 ulduzun alınması məqsədilə AFFA FIFA-ya müraciət etmişdi.
Korner.az-ın məlumatına görə, beynəlxalq futbol qurumu bu müraciəti cavablandırıb.
FİFA tərəfindən adıçəkilən stadionun süni örtüyünə 2014-cü il oktyabrın oktyabrın 13-dək 2 ulduzun verilməsini təsdiqləyən sertifikat artıq AFFA-ya göndərilib.
