“Bayer” Teryerin keçidini rəsmiləşdirdi
18.07.2024 , 23:16
Almaniya Bundesliqasının son çempionu “Bayer” heyətini Martin Teryerlə gücləndirib.
Korner.az xəbər verir ki, Leverkuzen təmsilçisi “Renn”də çıxış edən Teryeri heyətinə qatıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Almaniya nəhəngi 27 yaşlı futbolçunun transferi üçün qarşı tərəfə bonuslar da daxil olmaqla 22 milyon avro transfer haqqı ödəyəcək.
2020-ci ildə “Renn”ə transfer olan Teryer Fransa təmsilçisinin heyətində 141 matçda 51 qol vurub və 24 məhsuldar ötürmə edib.