“Mançester Siti” yeni transferini açıqladı
18.07.2024 , 23:09

“Mançester Siti” yeni mövsüm öncəsi heyətini gücləndirib.
Korner.az xəbər verir ki, İngiltərə klubu Savionu “Troyes”dən heyətinə qatıb.
“Şəhərlilər” bu transfer üçün qarşı tərəfə 25 milyon avro ödəyib.
Yeni klubu ilə müqavilə imzaladıqdan sonra Savio açıqlamasında “Pep Qvardiola ilə işləmək üçün çox həyəcanlıyam. O, bütün dövrlərin ən yaxşı məşqçilərindən biridir”, – deyə bildirib.
