“Bavariya”dan yeni transfer
27.05.2021 , 19:12

“Bavariya” yeni transferini açıqlayıb.
Korner.az xəbər verir ki, Münhen təmsilçisi “Ridinq” klubundan ayrılan Omar Riçardsı heyətinə qatıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 23 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb.
