“Xetafe”nin yeni baş məşqçisi müəyyənləşdi
27.05.2021 , 19:51
“Xetafe”nin yeni baş məşqçisi bəlli olub.
Korner.az xəbər verir ki, La Liqa təmsilçisini bundan sonra Xose Migel Qonsales (Miçel) çalışdıracaq.
Bu barədə klubun saytı məlumat yayıb. Tərəflər arasında 2 illik müqavilə imzalanıb.
Miçel 2009-2011-ci illər aralığında “Xetafe”yə rəhbərlik edib.