“Bavariya”dan “Borussiya”ya
08.02.2022 , 13:47
Dortmund “Borussiya”sı “Bavariya”nın futbolçusu Niklas Zyuleni transfer edib.
Korner.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.
26 yaşlı müdafiəçi ilə 4 illik müqavilə imzalanıb. Alman oyunçu ilə imzalanan müqavilə yayda qüvvəyə münəcək.
O, Dortmund təmsilçisinə azad agent kimi keçəcək.