“Bavariya”da ciddi itki
03.12.2023 , 17:29

“Bavariya” ciddi itki ilə üzləşib.
Korner.az xəbər verir ki, klubun müdafiəçisi Boona Sarr zədələnib.
31 yaşlı futbolçu məşq zamanı sol dizinin ön çarpaz bağını qoparıb. O, artıq əməliyyat olunub və reabilitasiya prosesinə başlayıb.
