"Barselona"nın futbolçusu Pedro Rodrigez "Milan"la oyunda hakimlikdən narazı qaldığını bildirib.
Korner.az-ın məlumatına görə,Pedro hesabın 0:2 olmasında hakimin rolunun olduğunu deyib.
Belə ki, Pedro "Milan"ın vurduğu ilk qolda Kristian Zapatanın topa əllə müdaxilə etdiyini və bu müdaxilə nəticəsində Kevin-Prins Boatenqin önünə düşən topu qol vurduğunu deyib. Pedro həmin epizoda görə verdiyi açıqlamada:
"Mekses məni itələdi və top Zapatanın əlinə dəydi. Hamımız bunu gördük. Lakin hakim bizimlə eyni fikirdə deyildi, heç danışmağımıza icazə vermədi" – dedi.
Pedro oyun haqqında da fikirlərini bildirib: "Bizim üçün çox pis oldu,biz çox hücum etdik.Lakin onlar 2 qolu vurdu.Artıq cavab oyununda "Barselona"nı göstərməliyik.Hər vaxt oynadığımız oyun tərzimizi meydana əks etdirməyə çalışdıq. Amma bunu etmək hər vaxt mümkün olmur. Artıq yalnız qisası düşünürük" – deyə o, qeyd edib.