“Barselona”dan Neymarla bağlı açıqlama
22.10.2018 , 16:35

“Barselona”nın prezidenti Xosep Mariya Bartomeu PSJ-də çıxış edən Neymarın transferiylə bağlı yayılan şaiyələrə münasibət bildirib.
Klub prezidenti braziliyalı hücumçunu transfer etmək planlarının olmadığını deyib:
“2017-ci ildə PSJ Neymarın 222 milyon avroluq sərbəst qalma qiymətini ödəyərək, transfer etdi. Neymar artıq gedib və onu geri qaytarmaq niyyətimiz yoxdur. İndi Koutinyo, Dembele və digər futbolçularımız öz sözlərini deməlidir. Qışda transfer etmək fikrimiz yoxdur. Çünki heyətimiz genişdir”.
