“Barselona” klubunun hücumçusu Lionel Messi yenidən zədələnib.
Korner.az-ın məlumatına görə, La Liqanın II turunda “Vilyareal”la görüşdə zədələnən argentinalı futbolçunun durumunun ciddiliyi məlum deyil. Bu gün keçiriləcək tibbi müayindən sonra buna aydınlıq gələcək.
Qeyd edək ki, zədəyə baxmayaraq Messi “Vilyareal”la oyunda 90 dəqiqə meydanda olub. Görüş isə 1:0 hesabı ilə “Barselona”nın xeyrinə başa çatıb.
