“Barselona” klubu heyətini daha bir qapıçı ilə gücləndirib.
Korner.az-ın məlumatına görə, Kataloniya təmsilçisi ötən mövsüm “Real Sosyedad”da oynayan Klaudio Bravonu transfer edib.
31 yaşlı qolkiperlə dörd illik müqavilə imzalanıb.
Qeyd edək ki, K.Bravo Çili millisinin şərəfini qoruyur. K.Bravonun komandası DÇ-2014-də 1/8 finala yüksəlib.