“Barselona”nın idman direktoru Robert Fernandes komandanın üzvləri ilə yeni müqavilələrin imzalanması planlarından danışıb.
Korner.az-ın məlumatına görə, bu xəbəri ispan mətbuatı yayıb.
Klub rəsmisi bunları dilə gətirib:
“Rafinya ilə yeni müqavilə hələlik imzalanmayıb, amma bu məsələ bir neçə günə həll olunacaq. O, bizim üçün vacib oyunçudu. Düşünürəm ki, Rafinya öz oyununu daha da yaxşılaşdıracaq.
Tezliklə Neymarla razılaşmanın uzadılması haqqında danışıqlara başlayacağıq və əminəm ki, biz razılaşacağıq.
