“Barselona” klubu “Fiorentina”dan Kuadradonun transferini gerçəkləşdirə bilməyib.
Korner.az-ın Sport.es-ə istinadən verdiyi məlumata görə, kataloniyalılar kolumbiyalı futbolçunu fair-play qaydalarına uyğun olaraq transfer etməyib.
Xatırladaq ki, “Barselona” ilə yanaşaı Kuadrado ilə ingilis və fransız nəhəngləri də maraqlanırdı.