“Barselona”da Andres İnyesta ilə müqavilə görüşmələri davam edərkən, İspaniyalı futbolçunun “Kataloniya” təmsilçisinin heyətində Messinin ardınca ən çox qazanan futbolçu olacağı bildirilir.
Korner.az-ın məlumatına görə, “Barselona” İnyesta ilə müqaviləni, tez bir zamanda həll etməsi gözlənilir. Marca və El Mundo Depotivo kimi İspaniya qəzetlərində, İnyestanın “Barselona” ilə müqailəsinin 2018-ci ilə qədər uzadılması və klubun heyətində ən çox qazanan futbolçu olacağı bildirilib.