Ukrayna millisi ve Kiyev “Dinamo”sunun hücumçusu Artyom Milevskiy klubundan qovulub.
Korner.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə xəbəri klubun rəsmi saytı verib.
28 yaşlı futbolçunun klubdan ayrılmasına səbəb nizam – intizam qaydalarını pozması və məşqçilər korpusu ilə tez – tez mübahisə etməsi göstərilib.
Futbolçunun kariyerasını harada davam etdirəcəyi barədə heç bir məlumat verilməyib.
