“Barselona” 7 milyona futbolçu aldı
01.02.2020 , 15:17

“Barselona” heyətini yeni futbolçu ilə gücləndirib.
Korner.az xəbər verir ki, Kataloniya təmsilçisi “Palmeyras”ın yarımmüdafiəçisi Mateus Fernandesi transfer edib.
Futbolçu ilə müqavilənin müddəti və digər detalları açıqlanmayıb.
Klubu futbolçu üçün qarşı tərəfə 7 milyon avro ödəyəcək. Amma Fernandes yeni komandasına 2020-ci ilin yayında qoşulacaq.
