İspaniya Primerosunun 19-cu turunda "Malaqa" üzərində qələbə qazanan "Barselona" daha bir rekorda imza atıb.
Korner.az-ın məlumatına görə, Kataloniya təmsilçisi cari mövsümün birinci dövrəsinin son matçında 3:1 hesablı qələbə qazanmaqla aktivindəki xalların sayını 55-ə çatdırıb.
Bu isə mümkün maksimal xaldan (57) cəmi 2 xal azdı və İspaniya Primerosunda rekord göstəricidi.