Bu gün Bakıda 18 yaşadək qızlardan ibarət yığma komandaların iştirakı ilə UEFA-nın inkişaf mini-turniri start götürəcək.
Korner.az-ın məlumatına görə, turnirin ilk oyunu saat 14:00-da, Bayıl stadionunda Azərbaycan və İsrail yığma komandaları arasında keçiriləcək.
Qarşılaşma İdman Azərbaycan kanalında və www.affatv.az saytında canlı yayımlanacaq.