“Bakı” “İnter”lə matçın hazırlıqlarını davam etdirir.
Korner.az-ın klubun rəsmi saytına verdiyi məlumata görə, isinmə hərəkətləri ilə başlayan hazırlıq Kamran Ağayevin də iştirak etdiyi “kvadrat” təmrini ilə davam edib. Ardından futbolçular mərkəz dairədə topla əyləncəli qaç-tut tapşırığını yerinə yetiriblər. Sonda isə qapıya zərbələr sınaqdan keçirilib.
Bununla da Bakı derbisi öncəsi yetirmələrini çox yormayan baş məşqçi Milinko Pantiç 1 saatlıq hazırlığı başa vurub.
Onu da qeyd edək ki, Elvin Əliyev və Əfran İsmayılov meydanın ayrı bir hissəsində fərdi məşq ediblər.
Müalicəsini davam etdirən Mario Rubio isə yüngül qaçışla kifayətlənib.
