big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

“Bakı” yeni il şənliyi keçirdi

28.12.2012 , 06:20

Ötən gün "Bakı" klubunun bazasında qarşıdan gələn yeni il və dünya Azərbaycanlılarının həmrəylik gününə həsr olunmuş təntənəli şənlik keçirilib.

Korner.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, tədbirə komandanın gənc və yeniyetmə futbolçuları, məşqçilər, klub rəhbərliyinin nümayəndələri qatılıblar.

"Bakı" futbol klubu təlim-məşq bazasının qapalı meyanında təşkil olunan rəngarəng şənliyə fəxri qonaqlar qismində Milli Olimpiya Komitəsinin vitse-prezidenti, dünya çempionu güləşçimiz Xəzər İsayev, Azərbaycan Gənclər idman nazirinin müavini İsmayıl İsmayılov, AFFA vitse-prezidenti, millət vəkili Rauf Əliyev də qatılmışdılar.

Rəsmi çıxışlarda 2012-ci ilin Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin sərəncamı ilə idman ili elan oldunduğunu, ölkəmizin London yay olimpiya oyunlarında qazandığı yüksək tarixi nailiyyətlər, 2015-ci ildə Azərbaycanda təşkil olunacaq Avropa olimpiya oyunlarına ev sahibliyi hüququ qazanmasını, FİFA U-17 qadınlararası dünya çempionatının "Odlar Yurdu"nda müvəffəqiyyətli təşkilini ilin əhəmiyyətli hadisələri kimi dəyərləndirərək, bunu ölkəmizin günü-gündən artan qüdrəti ilə əlaqələndirib və gənc futbolçulara gələcəkdə uğurlar arzulayıblar.

İlin hesabatı yekununda Bakı futbol klubunun təlim-məşq bazasının inşasının ikinci mərhələsinin başa çatması, FİFA U-17 qadınlararası dünya çempionatının təşkilində özünəməxsus rolu, əsas məşq bazası kimi istifadə olunmasını, klubun "Atletiko" (Madrid, İspaniya) və "Lans" (Fransa) klubları ilə əməkdaşlığa başlamasını ilin əlamətdar hadisələri sırasına əlavə olunub.

Tədbirə video-konfrans vasitəsi ilə qoşulan "Atletiko" idarə heyətinin sədri Migel Angel Xil Marin sürətlə inkişaf edən kluba ən xoş sözləri və arzularını çatdırmaqla bərabər, yeni il təbrikini azərbaycanca səsləndirib:

"Salam Bakı, Yeni İliniz mübarək" – deyən cənab Marin qarşılıqlı əməkdaşlığın Azərbaycan futbolunun inkişafında xüsusi rol oynayacağına əmin olduğunu vurğulayıb.

Yeni il və həmrəylik bayramı ilə yanaşı, 2012-ci il ərzində görülən işlər və yadda qalan hadisələrə də nəzər yetirilib. Yarışlarda fərqlənən gənc və yeniyetmə futbolçulara hədiyyələrə təqdim olunub. Gənc futbolçular klubda yaradılan ali şərait üçün klub prezidenti cənab Hafiz Məmmədova təşəkkür edərək, bundan sonra da daha əzmkarlıqla çalışaraq, klubu milli komandalarımızda ləyaqətlə təmsil edəcəkləri sözünü veriblər.

Sirk nömrələrinin nümayişi alqışlarla qarşılanıb. Musiqi ustaları da bu bayrama öz töhvələrini veriblər. Sevda Yəhyayeva, Səlim, Şeron qrupu, Manananın çıxışları böyük coşquya səbəb olub.

Təxminən, 3 saat davam edən əyləncəli proqramın sonunda yeni il tortu kəsilib. Klubun baş meneceri Zeynal Məmmədov üzərində Bakının rəzmləri olan tortu kəsərək, uşaqların ixtiyarına verib.

Son yazılar

To Top