Topaz Premyer Liqasında yaranan fasilədən istifadə edən liqa təmsilçiləri yoldaşlıq görüşlərində qüvvələrini sınayır.
Korner.az-ın məlumatına görə “Bakı” I-ci divizion təmsilçisi “Lokomotiv”i sınağa çəkib. Çempianatda 3 ardıcıl qələbə qazanan “Zolaqlılar” bu dəfədə güzəştə getməyiblər. Premyer Liqa klubu rəqibini 5 cavabsız qolla darmadağın etməyi bacarıb. “Bakı”nın heyətində Aleksandr Şoliç 2, Elvin Məmmədov, Lukas Horvat və Noqeyra isə hərəyə bir dəfə fərqləndilər.
Qeyd edək ki, “Bakı” VI turda “Xəzər Lənkəran”ın qonağı olacaq.
