Bakının “İnter” klubu növbəti transferini rəsmiləşdirib.
Korner.az-ın məlumatına görə, “bankirlər” Joao Paulonu transfer edib.
Braziliyanın B seriyasında çıxış edən “Braqantino”dan paytaxt klubuna gələn müdafiəçi ilə 1+1 sistemi ilə müqavilə imzalanıb.
Qeyd edək ki, “İnter” “Tromse” ilə oyuna bir gün qalmış iştirak ərizəsinə oyunçu əlavə etmək hüququna malikdir.