big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Ölkə futbolu

“Bəlkə Prosineçki də bizi dinləmədi” – Böyükağa Hacıyev

04.12.2014 , 11:45

“Neftçi” klubunun sabiq baş məşqçisi, AFFA-nın Məşqçilər Komitəsinin üzvü Böyükağa Hacıyev Qol.Az saytına müsahibəsində Robert Prosineçkinin millimizə baş məşqçi təyinatından danışıb.

– Böyükağa müəllim, uzun müzakirələrdən sonra Robert Prosineçki millimizə gətirlidi. Onun təyinatına münasibətini bilmək istərdik.

– Prosineçki haqda çox danışa bilmərəm. Çünki onu tanımıram. Deyərəm ki, yaxşı məşqçidir, sabah pis olar, yalançı çıxaram. Yaxud da əksinə. Onun zamana ehtiyacı var. Bu insan hələ ki, işləməlidir. İki aydan sonra Prosneçki haqda nəsə danışmaq olar. İndi isə ancaq ona uğurlar arzulaya  və müəyyən tövsiyələrimizi verə bilərik.

– Bildirmişdiniz ki, Foqtsun komandasını düzəltmək üçün xeyli vaxt lazım olacaq. Bu baxımdan Prosineçkinin işinin daha çətin olacağını demək olar?

– Bunların hamısı onun özündən asılıdır. Onun futbol fəlsəfəsi düzgündürsə, millini vəziyyətdən çıxaracaq. Onu da qeyd etməliyəm ki, Prosineçkinin bəzi addımarı xoşagələndir. Stadionlarda olur, müxtəlif oyunları izləyir. Bu, çox yaxşı amildir . Bildiyimə görə, müqavilənin şərtlərinə əsasən Prosineçki Bakıda yaşayacaq. Özü də bildirib ki, ailəsi ilə birlikdə ölkəmizdə yaşayacaq. Bu, çox vacib şərtdir. Gəlin, bir az gözləyək, görək necə olacaq.

– Prosineçkinin məşqçi karyerası ilə tanışsınız?

– Açığın deyim ki, onu bir məşqçi kimi tanımıram. Tanısaydıq, haqqında rəy bildirmək olardı. Yəni işini görməmişəm. Millidə fəaliyyətə başlayar, biz də onun əsasında fikir bildirərik.

– Yəqin ki, Məşqçilər Komitəsinin üzvü kimi yeni baş məşqçiyə məsləhətləriniz var.

– Hələ ki, onunla görüşümüz olmayıb. Yəqin ki, görüşəndə bizdən nə istədiyini açıqlayacaq. Bəlkə, bizə dedi ki, sizin mənə məsləhətiniz lazım deyil. Millimizin sabiq baş məşqçisi Berti Foqts heç kimin məsləhətini dinləmirdi. Ola bilər ki, heç bu da bizi dinləmədi.

– Özü bildirib ki, Məşqçilər Komitəsinin tövsiyələrini dinləyəcək.

– Dinləyəcəksə, biz də öz dəyərli məsləhətlərimizi ona verəcəyik. Yəni boş söhbətlər yox, lazımlı, dəyərli məsləhətlər verməliyik ki, o da futbolumuz haqda biliklərə sahib olsun.

– Prosineçkiyə ilk tövsiyəniz hansı olardı?

– İndi hər şeydən vacib odur ki, Foqtsun dövründən fərqli olaraq millimiz hücum futboluna üstünlük versin. Heyəti formalaşdıranda elə futbolçulara dəvət göndərməlidir ki, onların qol vurmaq bacarığı olsun, hücumameyilli olsun. Yəni artıq hücum futbolu oynamaq, qollar vurmaq haqda düşünməliyik. Ona əsas məsləhətimiz odur ki, futbolçu seçimində diqqətli olsun.

Son yazılar

To Top