“Azərbaycan millisində oynaya bilərdim, ancaq vicdanım rahat olmazdı”
17.05.2020 , 14:43
“Kayserispor”un futbolçusu Hasan Hüseyn Acar Türkiyə milisində oynamaq arzusunda olduğunu açıqlayıb.
Korner.az xəbər verir ki, futbolçu mövsümün əvvəlində Azərbaycan yığmasından təklif aldığını deyib:
“Tək xəyalım milli komandada oynamaqdır. “Kayserispor”la liqada qala bilsək, bu xəyalıma da çata bilərəm. Yığmanın baş məşqçisi Şenol Günəş məşqçilərimdən məni soruşub, onlara performansımı bəyəndiyini deyib. Milli komandaya çağırılacağımı düşünürəm.
Mövsümün əvvəlində Azərbaycan milli komandasından təklif aldım, ancaq Türkiyə yığmasında oynamaq istəyirəm və bu təklifi rədd etdim. Azərbaycan millisində oynaya bilərdim, ancaq vicdanım rahat olmazdı. Azərbaycan millisindən təklif aldım, ancaq “hə” deyə bilmədim. Çox istədilər, ancaq mən bunu qəbul edə bilmədim”.