Azərbaycan Kubokunun bu gün keçiriləcək 1/2 finalın ilk oyunlarına hakim təyinatları açıqlanıb.
Korner.az-ın məlumatına görə, “Qəbələ” – “Xəzər Lənkəran” matçı FIFA referisi Rəhim Həsənovun başçılıq etdiyi hakimlər briqadasına tapşırılıb.
“Neftçi” – “Rəvan” oyununu isə Rauf Cabbarovun rəhbərliyi altında hakimlər briqadası tərəfindən idarə olunacaq. Hər iki oyuna 6 hakim təyinat alıb.
16 aprel
Qəbələ – Xəzər Lənkəran
Hakimlər: Rəhim Həsənov. Yaşar Abbasov, Akif Əmirəli, Ömər Paşayev.
Əlavə köməkçi hakimlər: İnqilab Məmmədov, Elvin Əsgərov.
AFFA nümayəndəsi: Qürbət Həsənov.
Hakim-inspektor: Şahin Cəfərov.
Qəbələ şəhər stadionu. Saat 16.00.
Neftçi – Rəvan
Hakimlər: Rauf Cabbarov, Namiq Hüseynov, Zeynal Zeynalov, Fariz Yusifov.
Əlavə köməkçi hakimlər: Ramil Əhmədov, Ramil Diniyev.
AFFA nümayəndəsi: Nüvər Xasıyev.
Hakim-inspektor: Məlik Həsənov.
“Bakcell Arena”. Saat 19.00.