La Liqada hazırda birinci pillədə olan “Atletiko” Hindistanda klub alıb.
Korner.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, Madrid təmsilçisi Hindistan superliqasında mübarizə aparacaq “Kolkata”ya sahib olub. “Atletiko”nun idarə heyətinin üzvü Anxel Qil Marin “Kolkata”nı almaqdan məmnun olduqlarını bildirib.
Qeyd edək ki, “Atletiko” Hindistanda klub sahibi olan ilk klubdur.
Əlavə edək ki, bu ilin sentyabr ayında başlayacaq Hindistan superliqasında 8 komanda mübarizə aparacaq.
