Futbol üzrə Mərakeş yığma komandasının azarkeşləri Belçikanın paytaxtı Brüsseldə iğtişaş törədiblər
Komandalarının Rusiyada keçiriləcək Dünya çempionatı – 2018-ə vəsiqə qazanmasını qeyd etmək istəyən gənclər şəhərdə iğtişaş törədiblər. Onlar bu məqsədlə küçədə bir neçə avtomobili yandırıblar. Bundan əlavə, onlar şəhər mərkəzində bir neçə müasir incəsənət abidəsini dağıdıblar. Polis azarkeşlərə qarşı su şırnağından istifadə etmək məcburiyyətində qalıb.
Mərakeş millisi Afrika təsnifat mərhələsinin Fildişi Sahilinə qarşı keçirilən oyununda 2:0 hesabı ilə qalib gələrək gələn il keçiriləcək mundiala vəsiqə qazanıb. Dünya çempionatına çıxan digər Afrika ölkəsi Tunis olub.
Videoya burdan baxa bilərsiniz