Azərbaycan Premyer Liqasının 3-cü turundan təxirə salınmış AZAL – “Neftçi” oyunu canlı yayımlanacaq.
Korner.az-ın AZAL-ın saytına istinadən yaydığı xəbərə görə, sabah keçiriləcək qarşılaşma “İdman Azərbaycan” telekanalı vasitəsilə birbaşa nümayiş olunacaq. Artıq sözügedən matç telekanlın proqramına daxil edilib.
Qeyd edək ki, AZAL – “Neftçi” oyunu sabah, saat 15:00-də başlayacaq.