AZAL daha bir ciddi itki ilə üzləşib.
Korner.az-ın məlumatına görə, “təyyarəçilər”in əsas futbolçularından Yuri Fomenko zədələnib.
Ukraynalı hücumçu məşqdə zədə alıb. Bu səbəbdən onun həftəsonu “Xəzər Lənkəran”la oyunda meydana çıxması sual altına düşüb.
Qeyd edək ki, Vaqif Sadıqov bu oyunda zədəsi olan Orxan Həsənov və Xuan Fransiskonun xidmətindən yararlana bilməyəcək. Kapitan Viktor İbekoyi isə cəza səbəbindən matçı buraxacaq.
