big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Avrokuboklar

AZ QALIB (YAZI)

29.06.2014 , 04:54

Yayın əsas futbol hadisəsi Dünya Çempionatı olsa da, bizi təmsil olunmadığımız bu yarış yox,  qitə arenasında klublarımızın göstərəcəkləri nəticə daha çox maraqlandırır. Artıq  avrokubolardakı təmsilçilərimizin ilkin rəqibləri də məlumdur. Millimizdə qarışqa sürəti ilə gedən “analoqsuz inkişaf”a rəğmən, legionerlər hesabına az-çox güclənən  klublarımızdan Avropa arenasında daha çox şey gözləyirik. Baxaq, görək, püşk kimə sərt, kimə yumşaq üzünü göstərib?

“Qarabağ” – “Valetta” (Malta)
Mübarizəyə başlayır: Çempionlar Liqası, ikinci təsnifat mərhələsi.
Ağdam klubu  “çempionlar yolu” ilə hərəkət etdiyindən, Çempionlar Liqasının qrup mərhələsinə qədər öz “dişinə uyğun” rəqiblərlə üzləşəcəyi öncədən bəlli idi. Startda “səpənlənmişlər”lərlə birlikdə yer alması “köhlən atlar”ın işini bir qədər də asanlaşdırırdı.  İlk mərhələdə püşkün klubumuzun üzünə güldüyünü desək, yanılmarıq.  İndiki vəziyyətdə “Qarabağ” “Valetta”nı keçməyə sadəcə borcludur. Doğrudur, “Valetta” öz ölkəsinində ən güclüdür. Amma bu da var ki, Azərbaycan çempionatı Malta Premyer Liqasnı səviyyəcə  üstələyir. “Qarabağ”ın heyətinin ümumi dəyəri “Valetta”dakı müvafiq göstəricidən 3 dəfə üstündür! Həmçinin onu da nəzərə alaq ki, ötən il yarımcan “Xəzər Lənkəran” belə, “Slima”nı mübarizədən kənarlaşdırmağı bacarmışdı.  Yox, bunlar heç də indidən arxayınlaşmağa əsas vermir. Hər halda, bizim acı “Şkenderbu” təcrübəmiz var.  Albaniya çempionuna məğlubiyyəti hardasa anlamaq olar, amma Malta klubuna məğlubiyyət qətiyyən yol verilməzdir! İlk maçın səfər keçirilməsi klubumuz adına əlavə üstünlükdür Ağdam klubu hər iki maçda qələbə qazanmaqla həm özünün, həm də ölkəmizin reytinq xalını artıra bilər. Yeni transferlərdənsə yalnız Danilo Diası ciddi mənada güclənmə hesab edə bilərik.  Hazırkı vəziyyətdə “Qarabağ” yalnız toplanışa gec başlamağın cəzasını çəkə bilər. 

“İnter” Bakı – “Tiraspol” (Moldova)
Mübarizəyə başlayır: Avroliqa, birinci təsnifat mərhələsi
Avroliqada “səpələnmişlər”lə bir torbada yer alan “İnter” istənilən potensial rəqibindən bir baş üstün idi. Belə də püşkün nəticəsindən şikayətlənmək ağılsızlıq olardı. Doğrudur, potensial rəqiblərimiz arasında “Tiraspol” ən güclülərdəndir. Amma bu hələ çox şey demək deyil. Çünki “İnter”in futbolçularının bir ayda qazandığını “Tiraspol”lu həmkarları bəlkə də bir ilə qazanır. Düzdür, meydanda pul yox, futbolçular oynayır. Amma  bizimkilər də aldıqları pulların qarşılığını qaytarmalıdı.  İndiyədək bir mərhələdən artığına gücü çatmayan “bankirlər” bu uğursuz ənənəni pozmaq, heç olmasa davam etdirmək iqtidarındadır. Digər klublarımıza nisbətən “İnter”in hazırlıqlara erkən başlaması da alqışlanası məqamdır. Amma heyətdə bir çox boşluqlar var. Gələnlərin heç biri gedənlərin yerini dolduracaq səviyyədə deyil. Komanda Avroliqada uğur qazanmaq istəyirsə, əvvəlcə hücumçu problemini həll etməlidir. Vacib matçlar əsnasında Vaqif Cavadovla yolların ayrılması heç bir məntiqə sığmır. Bundan başqa, müdafiəyə “əl gəzdirmək” yaxşı olardı.

“Qəbələ”- “Şiroki Briyeq”(Bosniya və Herseqovina)
Mübarizəyə başlayır: Avroliqa,  birinci təsnifat mərhələsi
Təmsilçilərimiz arasında uğuruna ən az inanılan bəlkə də “Qəbələ”dir. Səbəblər çoxdur: mövsüm bitən kimi Yuri Syomin və bir çox aparıcı futbolçunun Qəbələ macərasını başa vurması, baş məşqçi təyinatının uzun müddət yubanması, hazırlıqlara gec başlanması… Hələ bunlar azmış kimi, “səpələnməmişlər”lə bir torbada yer alması da püşkün klumuzun qarşısına güclü rəqib çıxaracağından xəbər verirdi. Demək olar ki, ən çətin rəqib hazırda “Qəbələ”nin bəxtinə düşüb. “Şiroki  Briyeq” müntəzəm olaraq qitə kuboklarında iştirak etməklə yanaşı, həm də, Dünya Çempionatında iştirak edən ölkənin təmsilçisidir.  Düzdür, “Neftçi” illər öncə məhz bu klubu mübarizədən kənarlaşdırmağı bacarmışdı. Amma hazırkı “Qəbələ” analoji qəhrəmanlığı bacaracaq gücdə görünmür. Komandadan gedənlərin və gələnlərin adları bizə çox şey deyir.  Məhz bu məqam şimal klubunun “siftə”sini korlaya bilər. İstənilən halda problemlər girdabındakı “Bakı” və “Xəzər Lənkəran”dansa avrokuboklarda “Qəbələ”nin iştirakı daha məqsədəuyğundur.

“Neftçi” – “Koper”(Sloveniya) / “Çelik”(Monteneqro)
Mübarizəyə başlayır: Avropa Liqası, ikinci təsnifat mərhələsi
İkinci təsnifat mərhələsində mübarizə aparan ”ağ-qaralar”ın da bəxtinin gətirdiyini söyləyə bilərik. Axı həm “Koper” həm də “Çelik” dişimizə uyğun rəqiblərdir. “Koper”ə nisbətən “Çelik”lə qarşılaşmaq daha münasib olar. Amma bu da var ki, komanda hələ də transfer məsələlərində yubanır. Axı hər dəfə Samir Məsimovun kubokun finalında qol vurmasını əldə bayrağa çevirib, bizim ciddi transferlərə ehtiyacımız yoxdur deməklə iş bitmir. Gəncləşdirmə siyasəti bir-iki ayın işi deyil. Yeni transferlərdən yalnız Kaueni ciddi mənada güclənmə hesab edə bilərik. “Neftçi”nin “Xəzər Lənəran”da yersiz penaltilərdən başqa heç nə ilə yadda qalmayan Slavik Alxasovunda arxasınca düşməsi də xoş mənzərə deyil. 

Qitə arenasında çıxış edəcə klublarımızı transfer fəaliyyətinə də nəzər yetirmək pis olmazdı.

“Qarabağ”
Gedənlər: Caba Dvali, Ulriş Kapolonqo, Nikoloz Gelaşvili, Eltun Yaqublu, Təmkin Xəlilzadə (hər ikisi icarə)
Gələnlər: Danilo Dias, Tərlan Quliyev, Cavid Tağıyev

 “İnter”
Gedənlər: Elhad Nəziri, Ruslan Əmircanov, Flavio Bek, Samir Zərgərov, İvo Taborski, Ruslan Əmircanov, Vaqif Cavadov, Brüs Abdulaye, Aleksandr İaşvili, Asif Mirili
Gələnlər: Mirzağa Hüseynpur, Elvin Məmmədov, Məhəmməd Mirzəbəyov, Aleksandr Amisulaşvili 

“Qəbələ”
Gedənlər: Deyan Kelhar, Umar Kalaban, Yannik Kamanan, Marat İsmayılov (icarə müqaviləsinin müddəti başa çatıb), Dieqo Koşta, Nikola Valentiç, Lorival Assis, Davron Erqaşev, Elmar Baxşıyev, Abdulvahid Afolabi, Lorentso Ebesilio, Amit Quluzadə, David Petjkeviç, İbrahima Niasse, Leonardo da Silva Souza, Daniyel Subotiç, Rail Məlikov, Nuran Qurbanov
Gələnlər: Ruslan Əmircanov, Andrey Kristya, Adrian Ropotan, Ruslan Abışov (icarə)

“Neftçi”
Gedənlər: Melvin Platye (icarə), İqor Mitreski, Mahir Şükürov, Rəşad Sadiqov, Bahodir Nəsimov, Tərlan Quliyev
Gələnlər: Nicat Qurbanov, Emil Balayev, Culius Vobay (hər üçü icarədən qayıdıb), Kaue Sesilio da Silva, Slavik Alxasov

Ürfan Məmmədzadə

Son yazılar

To Top