Azərbaycanlı futbolçusu Ayaz Quliyevin icarə əsasında çıxış etdiyi “Rostov” yoxlama görüşü keçirib.
Komanda Norbeç “Stabek”i ilə qarşılaşıb. Matç Rusiya klubununun minimal hesablı qələbəsi ilə başa çatıb – 1:0. Yeganə qolu 7-ci dəqiqədə Ayaz Quliyev vurub.
Maçtdan sonra açıqlama verən A.Quliyev yeni komandasından razı olduğunu bildirib: “Özümü burada əla hiss edirəm. Elə təsəvvür yaranır ki, sanki uzun zamandır bu komandada çıxış edirəm”.