Azərbaycan millisi Sloveniya ilə qarşılaşacaq
21.08.2020 , 14:37
Futbol üzrə Azərbaycan milli komandası yoxlama oyunu keçirəcək.
Korner.az xəbər verir ki, Canni De Byazinin rəhbərlik etdiyi komanda Sloveniya yığmasıyla qarşılaşacaq. Bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.
Qarşılaşma noyabrın 10-da, Lyublyana şəhərində keçiriləcək.