“İnter” “Sevilya”ya qarşı
21.08.2020 , 14:36

Bu gün Avropa Liqasında 2019/20 mövsümünün qalibi müəyyənləşəcək.
Korner.az xəbər verir ki, həlledici oyunda “Sevilya” və “İnter” klubları qarşılaşacaqlar. Almaniyanın Köln şəhərindəki “Reyn Energi” stadionunda keçiriləcək matçın start fiti Bakı vaxtı ilə 23:00-da səslənəcək.
21 avqust, Avropa Liqası, final
23:00. “Sevilya” (İspaniya) – “İnter” (İtaliya)
Baş hakim: Denni Makkeli (Niderland)
Almaniya, Köln. “Reyn Energi” stadionu.
