Azərbaycan millisi neçəncidir? – reytinq
23.12.2021 , 16:47
FIFA milli komandaların yeni reytinq siyahısını açıqlayıb.
Korner.az xəbər verir ki, 2021-ci ilin son cədvəlində Azərbaycan yığmasının mövqeyi dəyişməyib. Canni De Byazinin baş məşqçisi olduğu komanda 1139 xalla 120-ci pillədə qərarlaşıb.
Siyahıya Belçika (1828) başçılıq edir. Braziliya (1826) 2, Fransa (1786) 3-cüdü.