big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

“Azərbaycan millisi keyfiyyətli komandadı” – Draqan Stoykoviç

29.03.2021 , 19:29

DÇ-2022-nin seçmə mərhələsində sabah keçiriləcək Azərbaycan – Serbiya oyunu öncəsi mətbuat konfransında qonaq komandanın baş məşqçisi Draqan Stoykoviç jurnalistlərin suallarını cavablandırıb.

– Yəqin ki, Azərbaycan millisinin Portuqaliyaya qarşı oyununu izləmisiz. Ehtiyatlandığınız məqamlar hansıdı?
– Salam-aleykum. Özümüzü Bakıda çox rahat hiss edirik. Gözəl şəhəriniz var. Bəli, biz Azərbaycan millisinin Portuqaliyaya qarşı oyununu izləmişik. Güclü rəqibə qarşı başabaş mübarizə apardılar. Azərbaycan yığması təşkilatlanmış komandadı. Rəqibə hörmət edirik. Ancaq sabah bütün diqqətimiz öz oyunumuzda olacaq. Azərbaycan millisi keyfiyyətli komandadı. Həm təzyiq altında, həm də təzyiq edərək oynaya bilirlər. Fiziki cəhətdən də hazırlıqlı görünürlər. Sabah başabaş oyun gözləyirəm. Rəqibin bizə çətinlik törədəcəyini gözləyirəm.

– Qələbə qazanmaq istədiyinizi desiz. Bu, alınmasa, sizin üçün faciə sayılacaq, yoxsa sadəcə, böyük itki olacaq?
– İlk növbədə, idmanda faciə yoxdu. Öz keyfiyyətinizi göstərmək, oynamaq şansınız var. Bunu edə bilirsizsə, layiq olduğunuzu qazanırsız. Məğlubiyyət də futbolun bir hissəsidi. DÇ-2022-yə vəsiqə qazanmaq istəyiriksə, mütləq qələbə qazanmalıyıq. Ancaq qeyd etdiyim kimi, Azərbaycan millisi keyfiyyətli komandadı. Onlar nəinki, Serbiyaya, istənilən komandaya qarşı problem yarada bilərlər. Son 5-10 ildə Azərbaycan millisi inkişaf edib və biz bundan xəbərdarıq. Buna baxmayaraq, 3 xal qazanacağımıza inanıram.

– Azərbaycanda iki serb mütəxəssis çalışır: Milan Obradoviç və Miloş Velebit. Bundan xəbəriniz varmı və onlardan hər hansı məlumat almağa ehtiyac duymusuzmu?
– Əslində, xeyr. Heç biri ilə əlaqə saxlamamışam. Ancaq xəbərim var ki, Azərbaycan U-21 və U-17 millisində çalışırlar. Bu barədə çoxdan məlumatım var. Ümid edirəm ki, yaxşı işlər görürlər. Onlarla danışmamışam, çünki Azərbaycanla Serbiya arasında hər hansı sirr yoxdu. Əlbəttə, onlarla görüşməkdən məmnun olardım.

– Bura Azərbaycan millisində oynamış Branimir Subaşiçlə bir təyyarədə gəlmisiz. Onunla danışmaq imkanımız olubmu?
– O, yaxşı futbolçu idi. Azərbaycan millisində oynama tarixçəsindən xəbərdaram. Azərkeşlər onu çox sevirdi. Onu Bakıya bizimlə gəlmək üçün dəvət etdik. Ancaq onunla danışmaq imkanım olmayıb. Təyyarədə fərqli yerlərdə oturmuşuq. Azərbaycan tarixi, mədəniyyəti barədə məlumat almaq istəyirdim. Bu, mənim üçün çox vacibdi.

– Portuqaliya ilə oyunun sonlarında Kriştiano Ronaldonun vurduğu, amma sayılmayan qol müzakirələrə səbəb oldu. Matçdan sonra epizodu görmədiyinizi demişdiz. İndi hansı fikirdəsiz?
– Oyun 2:2 başa çatıb. Nə baş verdiyi barədə çox düşünnməməliyik. İndi əsas diqqətimiz Azərbaycan millisi ilə oyundadı. Ancaq bir neçə il əvvəl Kriştiano Ronaldo Portuqaliyaya oyundankənar vəziyyətdən qol vurmuşdu və qeydə alınmışdı. Belə şeylər futbolun tərkib hissəsidi. Keçmişi düşünmək istəmirəm. Gələcəklə yaşayıram. Bizi gələcəkdə Azərbaycanla oyun gözləyir. Bir rakursdan topun xətti keçdiyi görünür, digər rakursdan isə xəttə toxunduğu. Ona görə epizodla bağlı danışmaq çətindi. Portuqaliya tərəfi bunun qol olduğunu deyəcək, Serbiya tərəfi isə qol olmadığını.
Bizi sabah, həqiqətən, çox çətin oyun gözləyir. Azərbaycan millisinə və baş məşqçi Canni De Byaziyə böyük hörmətim var. Əlimizdən gələnin ən yaxşısını etməliyik. Nuna nə dərəcədə nail olcağımızı bilmirəm, ancaq hədəfimiz 3 xal qazanmaq olacaq.(futbolpress)

Son yazılar

To Top