Azərbaycan Kuboku uğrunda final matçının başlama saatı müəyyənləşib.
Korner.az-ın məlumatına görə, mayın 22-də keçiriləcək oyun saat 20.00-da başlayacaq.
Qeyd edək ki, finalda "Qəbələ" və "Neftçi" qarşılaşacaq. Oyun Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.