Azərbaycanlı hakimlər koronavirus testindən keçdi
15.05.2020 , 15:56
Bu gün AFFA-nın təşkilatçılığı ilə Azərbaycan Premyer Liqası oyunlarına təyinat alan hakimlər üçün koronavirus testi keçirilib.
Korner.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, hakimlərlə yanaşı, Hakimlər Komitəsinin əməkdaşlarından da test götürülüb.