Futbol üzrə 19 yaşlılardan ibarət milli komandamızın və “Bakı”nın əsas oyunçularından olan Mahir Mədətov xarici klublara transferiylə bağlı xəbərlərə aydınlıq gətirib.
Korner.az-ın məlumatına görə, bu barədə Bakuinfo.Az-a danışan gənc futbolçu bildirib ki, mövsümün sonunadək “Bakı”da çıxışını davam etdirəcək və hazırda klubda maliyyə durumunun stabilləşməyini gözləyir:
“Hazırda “Bakı”ya məxsusam və xarici klublara keçidimdən danışmaq düzgün olmaz. İlk növbədə klubumun bu durumdan çıxmasını istəyirəm. Amma mövsümün sonunda seçimimi edəcəyəm. İndi milli komandayla Almaniyadaya təlim-məşq toplanışındayam”.
Mahir Mədətov atası, tanınmış prodüser Anar Mədətovla bağlı da danışıb. Bildirib ki, atası onun seçimin hörmətlə yanaşır:
“Atam futbolla maraqlanmırdı. Amma iki-üç ildir ki, mənə görə futbola baxmağa başlayıb. O, mənim peşəkar olmağımı, düzgün seçim etməyimi istəyir. Ən böyük istəyi isə Avropada oynamağımdır”.
Qeyd edək ki, son bir neşə gündə gənc futbolçumuzun adı bir neçə məşhur klubla, o cümlədən Almaniya “Ayntraxt”ı ilə hallanır. Millimizin bu ölkədə təlim-məşq toplanışında olmasından istifadə edən almanların Mədətovu yaxından izləyəcəkləri istisna deyil,
