Türkiyə kubokunda II turun oyunları baş tutub.
Korner.az-ın məlumatına görə, azərbaycanlı futbolçu Ayaz Mehdiyevin heyətində çıxış edən “Girəsunspor” səfərdə “Sakaryaspor”la qarşılaşıb.
Oyunun əsas vaxtı 2:2 hesabı ilə başa çatıb. Əlavə vaxtda da qapılara qol vurulmadığından qalibi penalti seriyası müəyyən edib. Burda isə təmsilçimizin komandası 7:6 hesablı (ümumi hesab 9:8) qələbəyə sevinib.
