“Ayaks”ın 30 oyunluq seriyası qırıldı
14.02.2019 , 10:02

“Ayaks”ın məğlubiyyətsiz oyunlar seriyasına son qoyulub. Bu, Çempionlar Liqasının 1/8 final mərhələsində “Real”la ilk qarşılaşmada baş verib.
İspaniya nəhənginə 1:2 hesabı ilə uduzan amsterdamlıların doğma arenada 30 oyunluq məğlubiyyətsizlik seriyası qırılıb. Buna qədər hollandlar “Kroyff Arena”da keçirilən 30 görüşün 26-da qələbə qazanmış, 4-də heç-heçə etmişdi.
Komanda “Real”a qədər sonuncu dəfə 2017-ci ilin noyabrında “Utrext”lə çempionat oyununda (1:2) meydanı məğlub tərk etmişdi.
