“Sabah” yeni transferini sifariş etdi
14.02.2019 , 10:03

“Sabah” Premyer Liqanın 17-ci turunda “Səbail”lə oyundan öncə yeni transferi Əmirhüseyn Nəcəfini Peşəkar Futbol Liqasına sifariş verib.
22 yaşlı qolkiperin adı paytaxt təmsilçisinin iştirak ərizəsində yer alıb.
Qeyd edək ki, “Səbail” – “Sabah” oyunu fevralın 17-i saat 15:00-da başlayacaq.
